"Mərkəzi Asiya ölkələri yalnız Çin və ya Rusiya vasitəsilə ixrac edirlər. Çıxış yolu tapmaq üçün Azərbaycandan keçməlidirlər". 

"Unikal" xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O`Brayen Nümayəndələr Palatasının Beynəlxalq Əlaqələr Komitəsinin dinləmələrində çıxışı zamanı deyib. 

O, Bakıya gözlənilən səfərə toxunub: "Biz Prezident Əliyevlə aydınlaşdırdıq ki, sülhü bərqərar etməyin vaxtı çatıb. Bu, təkcə COP29-a ev sahibliyi edəcəyi üçün dünya lideri kimi hörmət qazanmağa ümid edən Azərbaycanın deyil, həm də bütün regionun və Mərkəzi Asiyanın problemidir. Bütün bu ölkələr yalnız Çin və ya Rusiya vasitəsilə ixrac edirlər. Çıxış yolu tapmaq üçün Azərbaycandan keçməlidirlər. Bir marşrut Gürcüstan və Qara dənizdən, digəri isə potensial olaraq daha böyük olan Azərbaycan, Ermənistan və Türkiyədən keçəcək və buna görə də 90-cı illərdən bəri müharibəyə və mövcud olan dəhşətli münaqişəyə son qoymaq üçün Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə ehtiyacımız var. Bizim mesajımız ondan ibarətdir ki, sülhün bərqərar olmasının vaxtı çatıb". 

Ağarza Elçinoğlu