Ukrayna Avropa İttifaqından 1,9 milyard avro məbləğində maliyyə dəstəyi tranşı alıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal X hesabında yazıb.
Tranş "Ukrayna Fondu" proqramı çərçivəsində verilib.
Şmıqalın sözlərinə görə, bu ilin əvvəlindən Aİ-nin ümumi büdcə dəstəyi artıq demək olar ki, 8 milyard avroya çatıb: "Mən belə sarsılmaz dəstəyə görə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə və onun bütün komandasına minnətdarlığımı bildirmək istəyirəm".
Ağarza Elçinoğlu