Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin itkilərinə görə münaqişəni uzatmaq istəmədiyini bəyan edib.
"Unikal" xəbər verir ki, bu barədə o, Aİ sammitinə gedərkən deyib.
"Bir neçə ay ərzində biz bu həll planını masaya qoymalıyıq, çünki döyüş meydanında çoxlu yaralı və şəhidlərimiz var. Ona görə də biz bu müharibənin illər boyu davam etməsini istəmirik", - Zelenski qeyd edib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin atəşkəs üçün ilkin şərtləri, o cümlədən Ukrayna qoşunlarının Rusiyanın işğal etdiyi ərazilərdən çıxarılmasını, həmçinin NATO-ya üzv olmaqdan imtinanı sadalayıb.
Ağarza Elçinoğlu