Şəmkirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan iki "VAZ" markalı minik maşını toqquşub.

Qəza zamanı 1995-ci il təvəllüdlü Bayram Bayramlı və 2002-ci il təvəllüdlü Tural Abdullayev xəsarət alaraq xəstəxanaya yerləşdiliblər.

Məlumata görə, qəzada xəsarət alan T.Abdullayev polis əməkdaşdır.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov