Yasamal rayonunda ayrı-ayrı vaxtlarda iki yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, rayonun "Mətbuat prospekti 64" ünvanında iki "Prius" markalı avtomobil toqquşub. Hər iki avtomobilə ciddi ziyan dəyib. Sürücülər xəsarət alıb.

Gecə saatlarında da sözügedən ərazidə "Prius" markalı daha iki avtomobil toqquşub.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Gülayə Mecid