Azərbaycanda neçə POS-terminal var?
Ölkə üzrə qeydiyyata alınanların sayı 20 mini keçib
Azərbaycan paytaxtındakı ticarət, xidmət və ictimai iaşə obyektlərində POS-terminalların tətbiqini sürətləndirmək məqsədilə Bakı şəhərinin 11 rayonu 60 sahəyə bölünüb. Vergilər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, vergi xidməti əməkdaşları yerlərə gedərək vergi ödəyicilərinə həm texniki, həm də hüquqi cəhətdən köməklik göstərirlər.
Sahibkarlara qeydiyyat ərizələrinin elektron formada göndərilməsi, lazımi sənədlərin toplanması, müvafiq banka təqdim edilməsi məsələlərində yardım olunur, zəruri maarifləndirmə işləri aparılır, hüquq və vəzifələri onlara izah edilir.
Digər vacib məqam prosessinq mərkəzləri tərəfindən gün ərzində qeydiyyata alınması mümkün olan POS-terminalların sayı ilə bağlıdır. Belə ki, əvvəllər gün ərzində maksimum 15-20 POS-terminalın qeydiyyatı mümkün olduğu halda, hazırda bu rəqəm 300-400-ə çatdırılıb. Bundan başqa, Vergilər Nazirliyi ilə prosessinq mərkəzləri arasında elektron məlumat mübadiləsinin həyata keçirilməsi üçün lazımi proqramlar sistemə yüklənib və POS-terminalların vergi orqanlarında onlayn rejimdə qeydiyyata alınması təmin olunur.
Vergilər Nazirliyi və Mərkəzi Bank tərəfindən görülmüş birgə tədbirlər nəticəsində ölkə üzrə qeydiyyata alınmış POS-terminalların sayı 20 mini keçib ki, bunun da 18 604-ü və ya 93%-i Bakı şəhəri ərazisində fəaliyyət göstərən obyektlərin payına düşür. Fevralın 1-i vəziyyətinə bu rəqəm ölkə üzrə 11 933, Bakı şəhərində isə 11 156 təşkil edib.
09.04.2012-ci il tarixə Vergilər Nazirliyinin uçot məlumat bazasında aktiv POS-terminalları olan bank ekvayerlərin siyahısı (respublika üzrə):
1 "Azərbaycan Beynəlxalq Bankı" ASC 2 716
2 "Texnikabank" ASC 2 458
3 "Zaminbank" ASC 1 853
4 QSC "Bank Standard" Kommersiya Bankı 1 781
5 "Atabank" ASC 1 775
6 "Dəmirbank" ASC 1 771
7 "Bank of Baku" ASC 1 288
8 "AFB Bank" ASC 1 076
9 "Bank of Azerbaijan" ASC 591
10 "Azəriqazbank" ASC 562
11 "Kapital Bank" ASC 473
12 "Rabitəbank" ASC 398
13 "Azərbaycan Sənaye Bankı" ASC 396
14 "Bank Respublika" ASC 372
15 "Muğanbank" ASC 357
16 "Amrahbank" ASC 353
17 "Unibank Kommersiya Bankı" ASC 230
18 "Parabank" ASC 229
19 "Turanbank" ASC 157
20 "Expressbank" ASC 144
21 "Yapı Kredi Bank Azərbaycan" QSC 144
22 "Paşa Bank" ASC 138
23 "Yunayted Kredit Bank" ASC 101
24 "Atrabank" ASC 92
25 "Debüt" Kommersiya Bankı ASC 84
26 "Kredobank" ASC 80
27 "Nikoyl" İnvestisiya Kommersiya Bankı ASC 65
28 "Bank Avrasiya" ASC 53
29 "Accessbank" QSC 51
30 "Royalbank" ASC 44
31 "Azər-Türk Bank" ASC 41
32 ASC "Xalq" Bankı 41
33 "Bank Silk Vey" ASC 38
34 "NBC Bank" ASC 30
35 "Dekabank Kommersiya Bankı" ASC 10
36 Bank "BTB" ASC 5
37 "Azərbaycan Kredit Bankı" ASC 2
38 "Bank VTB (Azərbaycan)" ASC 2
39 "Evrobank" ASC 1
40 ABN AMRO Bank Amsterdam 1
41 Gəncəbank Səhmdar-Kommersiya Bankı 1
42 JP Morgan Chase Bank London 1
43 Qafqaz İnkişaf Bankı ASC 1
44 Standard Bank London 1
CƏMİ: 20 007
Sənan Mirzə
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00