"Rusiya ilə müttəfiqlik bəyannaməsi uğurla həyata keçirilir və onun bütün bəndləri real həyatda öz əksini tapır".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astanada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü zamanı deyib.
"Bəyannamənin bütün bəndləri real həyatda öz əksini tapıb. Biz iki ildən artıqdır ki, müttəfiq kimi birgə işləyirik və yaxşı nəticə əldə etmişik", - ölkə lideri qeyd edib.
Xatırladaq ki, Müttəfiqlik Bəyannaməsi 2022-ci ilin fevralında İlham Əliyev və Vladimir Putin tərəfindən ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü şərəfinə imzalanıb. Bəyannamədə ikitərəfli əməkdaşlığın ən mühüm sahələrini, o cümlədən təhlükəsizliyin təmin edilməsi üçün qarşılıqlı hərbi yardımın göstərilməsi, müasir silah və hərbi texnika ilə təminat məsələlərini əhatə edən 40-dan çox bənd var.
Ağarza Elçinoğlu