Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi iyun ayı ərzində 23 aptekdə yoxlama aparıb.

Bu barədə "Unikal"a mərkəzdən məlumat verilib.

Qeyd olunub ki, Bakı şəhəri üzrə 20, respublikanın digər şəhər və rayonlarında isə 3 aptek olmaqla ümumilikdə 23 aptekdə yoxlama aparılıb. 21 aptekdə planlı, 1 aptekdə plandankənar və 1 aptekdə yoxlamadan kənar təftiş aparılıb. Yoxlamalar zamanı 3 aptekdə nöqsanlar aşkarlanıb.

İnzibati Xətalar Məcəlləsinin 210.1, 452.3 maddələri üzrə protokollar tərtib edilib.