Milli Məclisin vitse-spikerinin Bakının rayonlarından birinə icra başçısı təyin olunacağı ilə bağlı xəbər yayılıb. 

"Unikal" xəbər verir ki, “AzPolitika.info”nun redaksiyasına daxil olan məlumata görə, bu barədə Prezident sərəncamı tezliklə elan olunacaq. 

Sayt yazır ki, məlumatda təyinat gözləyən vitse-spikerin kimliyi dəqiqləşdirilmir, amma çox böyük ehtimalla, bu, Adil Əliyevdir. 

Məsələ ilə bağlı Adil Əliyev Musavat.com-a açıqlamasında yazılanlara bu cür reaksiya verib: "Rəsmi xəbər olmadığı halda bir söz deyə bilmərəm".