Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında" Sərəncam imzalayıb.

"Unikal"ın məlumatına görə, Sərəncamla Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadəyə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.