Qəbul imtahanında 657,1 bal toplayan Fidan İbişova Qarabağ Universitetini seçəcək. 

“Unikal” xəbər verir ki, bu barədə universitetin feysbuk hesabında paylaşım edilib.

Qeyd edək ki, F. İbişova Füzuli rayonu, Qayıdış qəsəbəsi, 7 nömrəli tam orta məktəbin məzunudur.

Xatırladaq ki, qəbul imtahanında 654 bal toplayan Əli Rüstəmzadə də Qarabağ Universitetini seçəcək.