Bu il Azərbaycanda 100 bağçada keyfiyyət monitorinqinin keçirilməsi nəzərdə tutulur.

"Unikal" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov deyib.

O bildirib ki, il ərzində bağçaların fəaliyyəti ilə bağlı monitorinqlər həyata keçirilir:

"Qiymətləndirmə ilə bağlı hesabatlar toplanılır. Bu il daha 100 bağçanın monitorinqi aparılacaq".