Sərfəli xidmətləri ilə müştərilərinə ən yaxın olan “Nar” yenilənmiş brend strategiyasının davamı olaraq, “Al bir, aç min” kampaniyasını təqdim edir.  “Nar” ilin ən çox gözlənilən kampaniyası ilə hər bir müştərisinə unudulmaz yay mövsümü vəd edir.

"Unikal" xəbər verir ki, yay ərzində fərqli sürprizləri özündə birləşdirən kampaniyanın ilk mərhələsi 10 iyul tarixində başlayacaq. “Nar” sosial media hesablarında təqdim etdiyi müsabiqədə müştərilərinə 1000 GB internet bonusu və 4 ədəd “iPhone 15” hədiyyə edəcək. Kampaniya boyunca digər hədiyyəli müsabiqələrdən də vaxtında xəbərdar olmaq üçün “Nar”ın rəsmi sosial media səhifələrini (Facebook, Instagram, X və  LinkedIn) izləməyiniz tövsiyə olunur. 

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.