Yaponiyanın Yamaqata şəhərinin şura üzvləri gülüşün infarkt riskini azaltdığına dair elmi araşdırmaya istinad edərək, şəhərdə gündə bir dəfə gülməyi məcburi edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu qanunverici orqanda çoxluğa sahib olan mühafizəkar Liberal Demokrat Partiyası təklif edib.
Qanun Yamaqata vətəndaşlarının gülüşün sağlamlığa faydalı təsirləri haqqında anlayışlarını dərinləşdirmələrini, gündə bir dəfə gülmək kimi vasitələrlə zehni və fiziki sağlamlığı formalaşdırmağa çalışmalarını tələb edir.
Bundan əlavə, müəssisələrə "gülüşlə dolu bir iş mühiti yaratmaq" əmri verilərək, hər ayın səkkizinci günü "gülüş günü" olaraq təyin edilib.
Zərifə Nağıyeva