İrəvan Azərbaycanla sərhədlərin delimitasiyası prosesini davam etdirməyə və tezliklə sülh sazişi imzalamağa hazırdır.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyan 10-cu BRİKS Parlament Forumunda bildirib.
O qeyd edib ki, Ermənistan-Azərbaycan sərhəd xəttinin 12 kilometrə yaxın hissəsi artıq demarkasiya olunub və hər iki tərəfin sərhəd mühafizə xidməti sərhədin müvafiq hissələrində yerləşir: "Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda heç bir ambisiyası yoxdur və demarkasiya prosesinin davam etdirilməsi, sülh sazişinin tezliklə bağlanması və imzalanması üçün konstruktiv və intensiv işə hazırdır".
Onun sözlərinə görə, Ermənistan siyasi dialoqun təkmilləşdirilməsi və beynəlxalq münasibətlərdə sabitliyin artırılması tərəfdarıdır.
Ağarza Elçinoğlu