Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində çoxmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, ilkin ehtimala görə, elektrik təchizatının qəflətən kəsilməsi və invertor qurğusunda yaranmış nasazlıq səbəbindən liftin 1-ci mərtəbədə dayanmayıb buferə dəyməsi nəticəsində iki nəfər xəsarət alaraq liftdə qalıb.

Xilasedicilər müvafiq vasitələrlə liftin qapısını açaraq vətəndaşları aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.