Vətən müharibəsi şəhidi Baxşəliyev Natiq Saleh oğlunun doğum günündə əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub.

"Unikal" xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının, Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, qazilər və şəhidlərin ailə üzvləri şəhid Natiq Baxşəliyevin məzarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzülüblər.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.