İyulun 12-də saat 17 radələrində Ucar-Göyçay avtomobil yolunun Göyçay rayonunun Xəlitli kəndi ərazisindən keçən hissəsində Mürşüd İsmayılov idarə etdiyi traktorla velosipedçi, 1963-cü il təvəllüdlü Soltanov Azad Məhəmmədəli oğlunu vurub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, A.Soltanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırma aparılır.