Xəbər verdiyimiz kimi, ötən gün şəhid ailəsinin evindən oğurluğa cəhd edilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirib ki, dünən axşam saatlarında qanunsuz olaraq evə daxil olmağa cəhd edilib.
Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.
***
12 iyul, 23:08
Salyan rayonunun Sarvan kəndində evlərin birində oğurluğa cəhd edilib.
“Unikal”ın məlumatına görə, naməlum şəxs axşam 22:00 radələrində şəhid Cavad Asif oğlu İsmayılovun ailəsinin evinə basqın ütmək istəyib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin 19 yaşlı əsgəri olmuş Cavad Asif oğlu İsmayılov 2020-ci ilin dekabr ayında idarə etdiyi “KamAz” markalı yük maşının minaya düşməsi nəticəsində şəhid olub.
Gülayə Mecid