Mingəçevirdə mənzildə kişi meyiti aşkar edilib.  

"Unikal"ın məlumatına görə, hadisə Energetiklər yaşayış massivində, C.Əliyev küçəsində qeydə alınıb.

Qonşuların məlumatı üzərinə FHN-nin xilasetmə qrupu polis əməkdaşlarının içtirakı ilə daxil olduğu mənzildə meyit aşkarlayıb.

Meyitin 1982-ci il təvəllüdlü Anar Əliabbasova məxsus olduğu müəyyən olunub.

Məlumata görə o şəkər və epilepsiya xəstəsi olub, ruhi-əsəb dispanserində qeydiyyatdadır.

Meyitin üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov