Salyanda 6 yaşlı uşaq yanıq xəsarətləri alıb.

"Unikal"ın məlumatına görə, Şorsulu kənd sakini, 2018-ci il təvəllüdlü Əlizadə Məmmədəli Asim oğlu yaşadığı evdə valideyn nəzarətindən çıxaraq üzərinə qaynar su tökülməsi nəticəsində yanıq xəsarətləri alıb.

Azyaşlı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.