Prezident İlham Əliyev ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdini pisləyib.
"Unikal" xəbər verir ki, dövlət başçısı bu barədə sosial şəbəkə hesabında yazıb.
"Prezident Trampa qarşı edilən hücum şok və dəhşət doğurur. Biz bu siyasi zorakılıq aktını şiddətlə qınayırıq. Prezident Trampın tezliklə sağalmasını arzu edirik", - deyə İlham Əliyev qeyd edib.