İyulun 13-də Xətai rayonunda Ulu Öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 55-ci ildönümünə həsr edilmiş konsert keçirilib. Konsert Ulu Öndərin adını daşıyan parkın amfiteatr səhnəsində  tanınmış incəsənət ustalarının iştirakı ilə təşkil olunub.

"Unikal" xəbər verir ki, tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanov, Milli Müdafiə Universitetinin kursantları,  şəhid ailələri, qazilər və rayon sakinləri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib, Ulu Öndərin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konsert proqramı tanınmış mədəniyyət və incəsənət xadimlərinin Ulu Öndər Heydər Əliyevə həsr olunmuş ifaları ilə davam etdirilib.

Sonda atəşfəşanlıq olub.