Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən, 04.06.2024-cü il tarixində dəfn olunan şəhidi Məhəmmədov Abış Əsgər oğlunun Qaradağ rayonu, Qızıldaş qəsəbəsinə 14.07.2024-cü il tarixində 40 mərasimi keçirilib.

“Unikal” xəbər verir ki, mərasimdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, İcra Hakimiyyəti Aparatının rəhbər işçiləri, şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, Məhəmmədov Abış Əsgər oğlu 1974-ci il martın 3-də anadan olub.

O, 30 avqust 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşüb.

Qeyd edək ki, şəhidin meyitinin qalıqları Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlıqda tapılıb.
Ekspertiza nəticəsində meyit qalıqlarından birinin Məhəmmədov Abış Əsgər oğlu məxsus olduğu təsdiqlənib.