Mingəçevirdə "Günel" şadlıq sarayı yanır.

"Unikal"ın məlumatına görə, yanğının söndürülməsi üçün əraziyə FHN-nin 4 yanğınsöndürmə briqadası cəlb olunub. İlkin məlumata görə, yanğın hələ ki, məlum olmayan səbəbdən sarayın mətbəx hissəsində baş verib və mətbəx yanaraq yarasız hala düşüb.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğını lokallaşdırmaq mümkün olub.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov