Gəncə şəhərində zəncirvari qəza olub.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hərəkətdə olan "Opel", "VAZ 2106" və "Daewoo" markalı minik maşınları toqquşub. Qəza zamanı xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli