Azərbaycanda bu ilin yanvar-may aylarında 25519 ölüm halı qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ildə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,2-dən 6,0-a düşüb.