Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, YAP Gənclər Birliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Yaşıl dünya üçün innovasiyalar” Rəqəmsal İdeya Müsabiqəsində SOCAR-ın Bakı Ali Neft Məktəbinin tələbələri qalib gəlib. 

"Unikal" xəbər verir ki, 120 gəncin iştirak etdiyi yarışda birinci yerə "Dəfnə" layihəsi ilə Ali Məktəbin tələbələri - Kimya mühəndisliyi ixtisasında təhsil alan Arzu Əsədzadə və Biznesin idarə edilməsi ixtisasında oxuyan Elnar Babayev layiq görülüb. Üçünçü yeri isə Bakı Ali Neft Məktəbinin Bisnesin idarə edilməsi ixtisasının tələbəsi Seyfəddin Qasımovun da daxil olduğu "Turan" komandası tutub.

İntellekt nominasiyası üzrə isə Biznesin idarə edilməsi ixtisasında təhsil alan Çingiz Məmmədovun da təmsil olunduğu “Qayıdış" komandası birincilik əldə edib.