Baş Prokurorluq Masallıda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirəcək.

Bu barədə "Unikal"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 18-də təşkil ediləcək konfransda 10-a yaxın regionun prokurorluqları, hüquq-mühafizə orqanlarının əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin məsul şəxsləri iştirak edəcək.

Tədbirdə, həmçinin dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və media arasında müzakirələr aparılacaq.

Toplantı çərçivəsində Masallı Rayon Prokurorluğunda “Açıq qapı” günü də olacaq.