Qaxda velosipedçini avtomobil vurub.

"Unikal"ın məlumatına görə, hadisə səhər saatlarında şəhərin İ.Mustafayev küçəsində baş verib. Belə ki, Qədir Məmmədov idarə etdiyi "Range Rover" markalı avtomobillə hərəkətdə olarkən, velosipedçi 1997-ci il təvəllüdlü Abdurəhim Məhəmmədovu vurub. 

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan velosipedçi Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli