Sumqayıtda Corat qəsəbəsində dənizdə batan 18 yaşlı gəncin meyiti tapılıb.
"Unikal" xəbər verir ki, 2006-cı il təvəllüdlü Kamal Mirzə oğlu Nəbiyev qeyri-çimərlik ərazidə çimərkən boğulub.
Onun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
*** 18:57
Sumqayıt şəhəri, Corat qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) bir nəfər batıb.
Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.