Bakıda usta yeni tikilən binadan yıxılıb.
"Unikal" xəbər verir ki, Binəqədi rayonu Cəfər Xandan küçəsində tikilməkdə olan binada usta işləyən Şamil Umudov suvaq işləri ilə məşğul olarkən 3-cü mərtəbədən yerə yıxılıb.
Ağır xəsarətlər alan şəxs xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.