Azərbaycanda III kurs tələbəsi vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) məlumat yayıb.

Bildirilib ki, universitetin III kurs tələbəsi İmran Əli oğlu Cəbrayılov dənizdə boğularaq dünyasını dəyişib.

Qeyd edilib ki, İ.Cəbrayılov UNEC-ə 554 balla qəbul olunubmuş.

O, ali təhsil müəssisəsinin "Maliyyə və mühasibat" fakültəsinin "Maliyyə" ixtisasında təhsil alırdı.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, iyulun 15-də Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində nəzarətsiz ərazidə dənizdə batmış 2004-cü il təvəllüdlü İmran Əli oğlu Cəbrayılovun meyiti elə həmin gün FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.