Nəsimi rayonu, Cəlil Məmmədquluzadə və Akademik Həsən Əliyev küçələrinin kəsişməsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə iyulun 16-sı saat 23:55-dən etibarən qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Bu barədə "Unikal"a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Qaz təchizatı dayandırılan müddətdə Nəsimi rayonunun C.Məmmədquluzadə, Akademik H.Əliyev, Salamzadə, Y.V.Çəmənzəminli, C.Səlimov və Novruzov qardaşları küçələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.