“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və “Azərbaycan Hava Yolları”nın tərəfdaşlığı ilə orta və ali təhsil müəssisələrində təhsil alan 30 nəfər şəhid övladı “Yay Məktəbi”ndə iştirak etmək üçün Şimali Kipr Türk Respublikasında (ŞKTR) səfərdədir.
"Unikal" xəbər verir ki, 15-28 iyul 2024-cü il tarixlərində Şimali Kipr İstanbul Texniki Universiteti və Girne Amerikan Universitetində keçiriləcək “Yay Məktəbi”nin ilk günündə iştirakçılar ŞKTR-nin qurucusu və ilk prezidenti Rauf Denktaşın məzarını ziyarət edərək önünə gül dəstələri qoyublar.
Daha sonra iştirakçılar Şimali Kipr İstanbul Texniki Universitetinin Karyera İnkişafı Mərkəzində təlimlərə qatılıblar.
Günün ikinci yarısında isə Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar “Yay Məktəbi”nə qatılan şəhid övladlarını qəbul edib. Görüş zamanı “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova bu layihənin təşkil olunmasına göstərilən dəstəyə görə öz təşəkkürünü bildirib və bu kimi layihələrin iki qardaş ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
ŞKTR Prezidenti Ersin Tatar Azərbaycanın qəhrəman şəhidlərinin övladlarını Şimali Kiprdə qarşılamaqdan qürur duyduqlarını qeyd edib və belə gözəl təşəbbüs üçün təşkilatçılara təşəkkürünü çatdırıb. Görüşün sonunda Prezident Ersin Tatar düşərgə iştirakçıları ilə xatirə şəkli çəkdirib.
Qeyd edək ki, bu “Yay Məktəbi” “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqəsində qalib olan "Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı" layihəsi çərçivəsində "Zəfər" İB ilə ŞKTR nümayəndə heyəti ilə Qarabağda imzalanan əməkdaşlıq protokollarına əsasən həyata keçirilir.
Şəhid övladları üçün Şimali Kiprdə “Yay Məktəbi” təşkil olundu - FOTOLAR
10:02 17-07-2024
CƏMİYYƏT
Digər Xəbərlər
2024-11-12 00:03:30
2024-11-11 23:56:45
2024-11-11 23:35:41
2024-11-11 23:22:58
2024-11-11 23:10:24
2024-11-11 22:10:20
2024-11-11 21:45:46
2024-11-11 21:41:28
2024-11-11 20:20:31
2024-11-11 19:45:08
2024-11-11 17:57:00
2024-11-11 17:36:09
2024-11-11 17:10:00
2024-11-11 16:55:00
2024-11-11 16:41:00
2024-11-11 16:35:54
2024-11-11 16:00:00
2024-11-11 15:05:30