16 iyul tarixində səhər saatlarında Siyəzən rayonunun Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxmış Rusiya özəl şirkətlərinə məxsus 3 vaqon dünən saat 22.00 radələrində rels üzərinə qaldırılıb və həmin istiqamətdə qatarların hərəkəti normal qrafik üzrə tam təmin olunub.
"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) "Unikal"a verilən məlumata görə, ADY-nin infrastruktur və hərəkətin təhlükəsizliyi departamentlərinin birgə operativ fəaliyyəti nəticəsində sözügedən sahədə yol təsərrüfatında müvafiq tənzimləmə 0işləri görülmüş, yük vaqonlarının təyinatı üzrə yola salınması üçün hazırlıq işləri tamamlanıb.