Ölkənin ilk rəqəmsal bankı "Birbank" taksit kartı sahibi olan olan müştərilərinə yeni imkanlar yaratmağa davam edir. “Trendyol” ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən yeniliklə artıq "Birbank" taksit kartı istifadəçiləri “Trendyol” mobil tətbiqindən çıxmadan ödənişlərini taksitə bölə biləcəklər.
"Unikal" xəbər verir ki, artıq “Trendyol”da alış-veriş edən "Birbank" taksit kartı sahibləri ödənişlərini 2 və 3 aylıq taksitlə edə bilərlər. Bunun üçün istifadəçilər ödəniş edərkən onlara mobil tətbiqin daxilində birdəfəlik ödənişlə yanaşı taksitli ödəniş seçimi də veriləcək. Eyni zamanda Trendyol.az vebsaytında da müştərilər bu funksiyadan yararlana biləcəklər. Qeyd edək ki, kampaniya 16-26 iyul 2024-cü il tarixlərini əhatə edəcək.
Ətraflı məlumat üçün link: https://kbl.az/trnpr
"Birbank" kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. "Birbank" kartını sifariş vermək üçün "Birbank" tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya "Birbank" mərkəzlərinə müraciət edin.