Məşhur ispan aktyoru Antonio Banderas Marbelya meriyası ilə uzun illər davam edən məhkəmə çəkişmələrindən sonra Əndəlus muxtariyyətinin kurort şəhərindəki villasını sökmək məcburiyyətində qalıb.
"Unikal" xəbər verirr ki, bu barədə “Mundo” qəzeti yazıb.
Nəşrin məlumatına görə, ev 1995-ci ildə Marbelya şəhərinin o vaxtkı meri Xesus Gil tərəfindən verilən qeyri-qanuni lisenziya sayəsində məşhur ispan jurnalisti tərəfindən tikilib. 1996-cı ildən villa Banderasın mülkiyyətinə keçib və demək olar ki, əvvəldən aktyor üçün problemlər mənbəyinə çevrilib.
1996-cı ildə bir qrup qonşu meriyaya şikayət ərizəsi ilə müraciət edərək aktyorun Marbelyanın ən dəbdəbəli yerlərindən biri olan Los-Monterosda çimərliklə üzbəüz yerləşən villasının ictimai əraziləri zəbt etdiyinə diqqət çəkib. 2003-cü ildə Əndəlus məhkəməsi 1995-ci ildə verilmiş tikinti lisenziyasını ləğv edib.
Banderas qərardan apellyasiya şikayəti verməyə çalışsa da, 2008-ci ildə məhkəmə hökmü ləğv etmək üçün heç bir əsas olmadığını deyərək, Gilin tikinti icazəsinin etibarsız olduğunu bir daha təsdiq təsdiqləyib və şikayəti rədd edib.