Parkinson kimi nevroloji xəstəliklərlə mübarizədə rəqsin müalicəvi təsirləri var. Rəqs beyində yeni sinir əlaqələri yaradır və beyindaxili sinxronizasiyanı bərpa edir.

"Unikal" xəbər verir ki, bunu ABŞ-nin Virciniya Texnologiya Universitetinin Beyin Laboratoriyasının mütəxəssisləri müəyyən ediblər.

Bildirilib ki, rəqs həm fiziki, həm də ruhi sağlamlıq üçün faydalıdır. Parkinson xəstəliyinin ilk növbədə beynin motor nəzarəti və ritm emalından məsul olan bazal qanqliya bölgəsinə təsir etdiyi məlumdur. Xəstələrin beyin fəaliyyətini araşdıran mütəxəssislər, rəqsin bu insanların beyinlərinin "ritmlərini yenidən tapmasına" kömək etdiyini aşkar ediblər.

Parkinson və  Alzheimer kimi nevroloji pozğunluqlar sinir yollarının çökməsinə səbəb olur. Bədənin koordinasiyalı şəkildə hərəkət etməsini tələb edən rəqs, yeni sinir yolları yaradır və xəstəliklərlə zəifləmiş ünsiyyəti artırır. Bu şəkildə danışma və yerimə çətinlikləri ilə mübarizə aparmaq daha asan olur.

Zərifə Nağıyeva