Ağstafada 60 yaşlı kişini "tok" vuraraq öldürüb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Xətai kəndində baş verib.

Kənd sakini 1964-cü il təvəllüdlü Hidayət Tanrıverdiyev yaşadığı evdə elektrik xətlərini  düzəldən zaman  ehtiyatsızlıqdan onu cərəyan vurub. O, hadisə yerində ölüb.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır.

Tural Əhmədov