Bakı şəhərində təxminən 1270 dayanacaq mövcuddur.

"Unikal" xəbər verir ki, bu sözləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev nəqliyyat sahəsində qanunvericiliyə edilən dəyişikliklərlə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, dayanacaqların yerləşdirilməsi üçün müəyyən qaydalar var və bu qaydalara uyğun gəlmədikdə dayanacaqlar yerləşdirilmir.

Onun sözlərinə görə, yeni standartlara uyğun layihələr hazırlanır və növbəti mərhələdə şəhərətrafı ərazilərdə, regionlarda bu tətbiq olunacaq.