Bu ilin I yarısında 125 nəfərə elmi ad verilib.
Bu barədə "Unikal"a Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasından məlumat verilib.
Qeyd olunub ki, həmin dövrdə 103 nəfərə dosent elmi adı verilib. Həmin elmi ad üçün müraciət edən 16 nəfərə isə imtina cavabı gəlib.
Bundan başqa, ilin I yarısında 22 nəfərə professor elmi adı verilib, 3 nəfərə isə imtina cavabı gəlib.