Mingəçevirdə yeniyetmə piyadanı maşın vurub.  

"Unikal"ın məlumatına görə, hadisə Puşkin küçəsində baş verib. "Mercedes" markalı minik maşını yolu keçmək istəyən yeniyetmə qızı vurub. Piyada dərhal ətrafdakıların da köməyilə xəstəxanaya çatdırılıb. Onun sağlıq durumunun qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov