Kataloniya "Barselona"sının yarımmüdafiəçisi Frenki de Yonq La Liqada ən çox qazanan futbolçuların reytinqində birinci yeri tutub.

"Unikal" xəbər verir ki, bu barədə "Capology" məlumat yayıb.

Niderlandlı futbolçu 2024/25 mövsümündə 37,5 milyon avro gəlir əldə edəcək, daha 20,1 milyon avro isə bonus qazana bilər.

Reytinqdə ikinci yeri “Barselona”nın polşalı hücumçusu Robert Levandovski, üçüncü yeri “Real”ın yeni futbolçusu Killian Mbappe tutur.

İlk 10-luğa David Alaba, Cud Bellinqem Bellingham, Vinisius Junior, Federiko Valverde, Tibo Kurtua  Real Madrid), Yan Oblak (Atletico Madrid) və İlkay Gündoğan (Barselona) daxil olub.