Bu gün Zəngilan rayonunun Ağalı kəndinə sakinlərin ilk köçünün ikinci ili tamam olur. 

"Unikal" xəbər verir ki,  Şanlı Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad olunmuş kənd qısa müddət ərzində  “Ağıllı kənd” konsepsiyası əsasında tamamilə yenidən qurulub və sakinlər öz evlərinə qayıdıb.

Hazırda Ağalıda 175 ailə, 871 sakin yaşayır.