"Lionel Messi Kriştiano Ronaldodan üstündür".

"Unikal" "Barca Universal"a istinadən xəbər verir ki, bunu "Milan"ın və İtaliya millisinin sabiq müdafiəçisi Paolo Maldini deyib. 

“Məncə, Leo Kriştianodan üstündür. Ronaldo yüksək səviyyəli oyunçu və güclü şəxsiyyətdir, amma mən Messini daha çox sevirəm”, - Maldini bildirib.

Messi 2023-cü ilin yayında MLS-də çıxış edən İnter Mayamiyə keçib. Ötən il avqustun 20-də argentinalı Amerikada ilk kuboku - Liqa Kubokunu qazanıb.

Bu mövsüm Messi MLS-də 12 oyun keçirib və 12 qol vurub.

2022-ci ilin dekabrında Messi Argentina millisi ilə dünya çempionu olub. Argentina həlledici görüşdə Fransaya qalib gəlib. Matçın taleyi penaltilər seriyasında həll olunub. Bu, ulduz futbolçunun karyerasında ilk belə kubokdur.