Cəmşid Naxçıvanski adına Hərbi Liseyə rəis təyin edilib.
"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.
Əmrə əsasən Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyev Liseyin rəisi təyin edilib.
Qeyd edək ki, bundan əvvəl o, Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəis müavini vəzifəsində çalışıb.