Pakistan hökuməti İsrailin baş naziri Benyamin Netanyahunu rəsmən “terrorçu” kimi tanımaq və beynəlxalq ictimaiyyəti də buna çağırmaq qərarına gəlib.
"Unikal" "Dawn" qəzetinə istinadən xəbər verir ki, Pakistan Baş naziri Şahbaz Şərifin siyasi məsələlər üzrə müşaviri Rana Sanaullah, informasiya və yayım naziri Attaullah Tarar və Tehrik-i Lebbeyk Pakistan Partiyasının (TLP) nümayəndələri ölkənin paytaxtı İslamabadda birgə mətbuat konfransı keçiriblər.
Pakistan hökuməti TLP-nin Qəzzaya dəstək nümayişlərindən bir həftə sonra partiya tərəflərin razılığa gəldiyi bildirilib. Razılaşma çərçivəsində Pakistan hökuməti İsrailin baş nazirini rəsmən “terrorçu” kimi tanıyacaq və beynəlxalq ictimaiyyəti də buna çağıracaq.