Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr dövlətini dəstəklədiyini bir daha bəyan edib.
"Unikal" xəbər verir ki, Türkiyə liderinin sözlərini Anadolu Agentliyi sitat gətirib.
Səfəri Kiprin işğalının 50-ci ildönümünə təsadüf edən Ərdoğan Ankaranın danışıqlara “və son nəticədə adada davamlı sülhə və nizamlanmaya nail olmağa” hazır olduğunu bildirib.
Eyni zamanda, Şimali Kiprin “Türkiyənin göz bəbəyi” olduğunu bəyan edən Ərdoğan Ankara ilə Lefkoşanın 50 ildir “bir ürək, bir bilək” birləşdiyini vurğulayıb. O, əlavə edib ki, Türkiyə Şimali Kipr Türk Respublikasının beynəlxalq səviyyədə tanınması və iki dövlətin yaradılması haqqında qərarın həyata keçirilməsi üçün qətiyyətli səylərini davam etdirir.