Azərbaycan Ermənistanla tezliklə sülh müqaviləsinin imzalanması üçün bütün səylərini göstərir.
"Unikal" xəbər verir ki, bu barədə trend-ə TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman “Yalan xəbərlərin ifşası: dezinformasiya ilə mübarizə” mövzusunda keçirilən İkinci Şuşa Qlobal Media Forumu çərçivəsində deyib.
"Ümid etmək istərdim ki, Ermənistan tərəfi də buna eyni addımlarla cavab verəcək. Amma Ermənistanın baş nazirinin Azərbaycan Prezidenti İlham Əliyevlə Londonda görüşməkdən imtina etməsi düşünülmüş və çox da perspektivli mövqe deyil", - deyə M.Qusman əlavə edib.
Forumla bağlı M.Qusman qeyd edib ki, birincisi, bu tədbirin öz ənənələri var.
"İkincisi, bu gün dünyada jurnalistlərin diqqətini cəlb edən belə mühüm hadisələr çox deyil. Məhz bura, Şuşaya 50 ölkədən jurnalistlər gəlmişdi. Ona görə də işğaldan azad edilmiş, mədəni və tarixi ənənələri ilə məşhur olan Şuşada keçirilən tədbirin təşkilatçılarına təşəkkürümü bildirirəm", - deyə o bildirib.